Ru
10:50 / 16 Fevral 2025

Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR

Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
2475

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-dən Bakupost az -a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Fotolar: APA

Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
Ucarda 14 avtomobil toqquşdu, ölən var - FOTOLAR
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar