Ru
09:56 / 14 Yanvar 2025

Ucardakı zəncirvari qəza ilə bağlı TƏBİB məlumat yaydı - FOTO

Ucardakı zəncirvari qəza ilə bağlı TƏBİB məlumat yaydı -  FOTO
Eye

"Ucarda yük və minik avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti kafi olaraq qiymətləndirilir".


Bakupost.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


"Bakı-Qazax magistralının Ucar rayon Alpout kənd ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya edilib. Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.

***

Ucar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki, "Kamaz" markalı yük avtomobili minik maşını ilə toqquşub.


Hadisə nəticəsində yaralananların olduğu bildirilir.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar