Ucarda fərdi təsərrüfatda yanğın olub.
Bakupost.az Unikal-a istinadən xəbər verir , hadisə Müsüslü-Qaracallı istiqamətindəki yaşayış məntəqəsində baş verib. Belə ki, həyətin hasar hissəsində baş verən yanğın daha sonra tövləni bürüyüb. Hadisə yerinə gələn FHN əməkdaşları yanğını söndürüb. Tövlə boş olduğundan zərərçən olmayıb.
Faktla bağlı araşdırma aparılır