Ru
16:48 / 03 Mart 2025

Üçüncü Dünya müharibəsi başlayır? – Türkiyəli general-mayordan PROQNOZ

Üçüncü Dünya müharibəsi başlayır? – Türkiyəli general-mayordan PROQNOZ
Eye

Ağ Evdən əliboş ayrılan Volodimir Zelenskiyə Avropanın dəstək durması Rusiya-Ukrayna müharibəsinin tərəflərinin artacağı, Donald Trampın da dediyi kimi, Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı ehtimalları artırır.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz Bakupost.az-a açıqlamasında bu ehtimalları, hadisələrin bundan sonrakı gedişini təhlil edib.

Yücel Karauz bildirib ki, əslində Ukraynada müharibə uzun müddətdir bitib, çünki nə Ukraynanın, nə də Rusiyanın bu savaşı hərbi cəhətdən qalibliyyətlə bitirməsi mümkündür:

“Hər iki ölkə tükənib. Zatən bu müharibə Rusiya ilə Ukrayna arasında getmirdi, Rusiya ilə ABŞ və Avropa arasında gedirdi. Trampın siyasi cəhətdən müharibəni dayandıracağına söz verməsini, həmçinin Ağ Evdə Zelenskiyə qarşı davranışını nəzərə alsaq, artıq Ukrayna Bayden zamanında olduğu kimi silah və maddi dəstək ala bilməyəcək. Avropanın da indiki vəziyyətdə Ukraynaya kifayət qədər dəstək göstəməsi mümkün deyil. Çünki orada da iqtisadi vəziyyət yaxşı deyil, çətinliklər var, Ukraynaya ayıracaqları pulu qarşıdakı dövrdə öz ölkələri üçün xərcləyə bilərlər”.

Üçüncü Dünya müharibəsi ehtimalına gəlincə isə general-mayor bunları deyib:
“Trampın Ağ Evdə Zelenskiyə “Üçüncü Dünya müharibəsinə səbəb olacaqsan” fikri çox şişirdilmiş, boş söz idi. Zelenskini və Ukraynanı qorxutmaq üçün belə deyirdi. Üçüncü Dünya müharibəsi bir cəbhədən başlamaz, bunun üçün çox sayda cəbhədən savaş başlamalıdır. Ukrayna sadəcə, Üçüncü Dünya müharibəsinin bir cəbhəsi ola bilər”.
Keçmiş hərbi attaşe tezliklə atəşkəs elan olunacağını düşünür:

“Avropa təlaş içərisindədir, 1945-ci ildən bəri etibar etdikləri ABŞ və NATO-nun dəstəyini ala biləmədikləri bir zamanda Avropa təhlükəsizlik modelini, öz ölkələrinin təhlükəsizliyini təmin etməyə məcburdular. Bütün nəticələri analiz etdikdə, ən qısa zamanda atəşkəs imzalanması ehtiamlı var. Atəşkəsdən sonra barışıq prosesi bir qədər uzana bilər. Müharibə bitəndə Ukrayna konstitusiyasına görə yenidən seçki keçiriləcək, Zelenski gedəcək. Ukrayna ABŞ-nin, Trampın dediklərinə əml edəcək yeni bir siyasi liderlə, ərazi itkiləri ilə birlikdə, hər hansı NATO və ya Avropa İttifaqı zəmanəti almadan öz yoluna davam edəcək. Tərəfsiz siyasət yürüdən, beynəlxalq aləmdə öz sözünü söyləyən Türkiyə də bu görüşlər, atəşkəs, atəşkəsdən sonrakı barışıq dövründə də, dəvət olunacağı təqdirdə, prosesə töhfə verəcək”.

Rumiyyə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar