Ru
12:22 / 12 Dekabr 2024

UEFA Ermənistanı CƏZALANDIRDI

UEFA Ermənistanı CƏZALANDIRDI
Eye

UEFA Ermənistan Futbol Federasiyasını noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Millətlər Liqasının Farer adaları ilə görüşü zamanı baş verən hadisələrə görə cəzalandırıb.

Bakupost.az xəbər verir ki, qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.

Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20 000 avro ödəməli olacaqlar.

Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17 500 avro cərimələnib.

Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar