Ru
23:01 / 07 Mart 2025

Ukrayna ABŞ ilə Ciddədə keçiriləcək görüşü müzakirə etdi

Ukrayna ABŞ ilə Ciddədə keçiriləcək görüşü müzakirə etdi
Eye

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı barədə məlumat verib.

Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, tərəflər iki ölkənin nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər. Bu barədə Sibiqanın X sosial şəbəkəsindəki səhifəsində qeyd olunub.

“Marko Rubio ilə konstruktiv dialoq baş tutdu. Əsas mövzu Ukrayna və Amerika nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanı ərazisində görüşün təşkili olub”, - deyə Sibiqa yazıb.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, ABŞ-ın beynəlxalq arenada fəal rolu olmadan davamlı sülhə nail olmaq mümkün deyil.

Martın 7-də ABŞ və Ukrayna nümayəndələrinin gələn həftə Səudiyyə Ərəbistanının Ciddə şəhərində münaqişənin həlli ilə bağlı danışıqlar aparacağı bildirilib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar