Ukrayna hərbçiləri Kursk vilayətindəki Sudjadan geri çəkilərkən şəhərə “ləçək” tipli piyada əleyhinə minalar yayıblar.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində “Atom” ləqəbli paraşüt şirkətinin komandir müavini bildirib.
“Gözləriniz həmişə ayaqlarınızın altında olsun. "Ləçək"lər hər yerə səpilib", - deyə o xbərdarlıq edib.
Rusiyalı hərbçi vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri bu addımı Rusiya Silahlı Qüvvələrinin irəliləməsini ləngitmək üçün atıb. "Bundan əlavə, belə minalar mülki əhali üçün də təhlükə yaradır",- deyə o əlavə edib.
Zaur,BakuPost