Ru
23:23 / 17 Aprel 2025

Ukrayna ilə bağlı hərəkətlənmə: Rubio Lavrovu məlumatlandırdı

Ukrayna ilə bağlı hərəkətlənmə: Rubio Lavrovu məlumatlandırdı
Eye

Aprelin 17-də Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Bakupost.az "Qazeta"ya istinadən xəbər verir ki, Parisdə olan dövlət katibi Lavrova ABŞ prezidentinin xüsusi elçisi S.Vitkoffla Ukrayna, Fransa və bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə danışıqları barədə məlumat verib. Vurğulanıb ki, qeyd olunan təmaslar Vaşinqton və Moskva arasında aparılan məsləhətləşmələrin, o cümlədən Sankt-Peterburqda Rusiya prezidenti Putinlə və Vitkoffun danışıqları barədə olub.

Lavrov Moskvanın Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq məqsədi ilə amerikalı həmkarları ilə birgə işləməyə hazır olduğunu təsdiqləyib.

Nazir və dövlət katibi amerikalıların və avropalıların gələn həftə Ukrayna tərəfi ilə planlaşdırdıqları görüşlər zamanı operativ əlaqə saxlamağa razılaşıblar.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar