Ru
14:10 / 02 İyul 2024

"Ukrayna ilə müharibə payızda başa çatacaq - "Axmat"ın komandanı

1665
"Rusiyanın Xüsusi Hərbi Əməliyyatı bu ilin sonunda başa çata bilər. Ukrayna tərəfinin bundan xəbəri var".

Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı Aptı Alaudinov bildirib.

"Biz bu il Xüsusi Hərbi Əməliyyatı başa çatdıracağıq. Mən tam əminəm ki, payizda əməliyyatlar başa çatacaq", - Alaudinov deyib.

O, əlavə edib ki, bu barədə 2022-ci, 2023-cü və 2024-cü ildə danışıb.

Alaudinovun sözlərinə görə, Kiyev hərbi əməliyyatların başa çatmaq üzrə olduğunu artıq başa düşür. Sözlərini əsaslandırmaq üçün o, Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskayaya bahalı avtomobilin alınmasını misal çəkib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər