Ru
23:27 / 06 Mart 2025

Ukrayna ilə münasibətlərə hər şey bərpa oluna bilər - ABŞ rəsmisi

Ukrayna ilə münasibətlərə hər şey bərpa oluna bilər - ABŞ rəsmisi
Eye

ABŞ güman edir ki, müəyyən mərhələdə Ukrayna ilə qarşılıqlı əlaqəni, o cümlədən ona silah və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edəcək.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

Amerika liderinin xüsusi nümayəndəsi ABŞ-dan Kiyevə silah və kəşfiyyat məlumatlarının ötürülməsinin bərpasının perspektivləri ilə bağlı sualı cavablandırarkən, “ümid edirəm ki, Ukrayna tərəfi ilə bu və ya digər mərhələdə qarşılıqlı əlaqə və hər şey bərpa olunacaq”.

Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Bu qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və Zelenski arasında mübahisədən sonra verilib. Kiyev Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyənə qədər ABŞ-ın Ukraynaya kömək edəcəyi gözlənilmir. Həmin vaxta qədər ABŞ Polşadan tranzit keçən silahlar da daxil olmaqla, bütün hərbi yardım çatdırılmasını dayandıracaq.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar