Helsinki Universitetinin professoru Tuomas Malinen hesab edir ki, Ukrayna qoşunlarının Kursk vilayətindən geri çəkilməsi Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə iflasa uğramasıdır.
Bakupost.az xəbər verir ki, o, Ukrayna əsgərlərinin geri çəkilməsini şərh edərkən X sosial şəbəkəsindəki səhifəsində sadəcə bir söz yazıb:
“İflas”.
Martın 12-də altı aydan artıq Ukrayna Silahlı Qüvvələrinin işğalı altında olan Sudja şəhəri tam Rusiya ordusunun nəzarətinə keçib. Həmin gün Ukrayna hərbçilərinin Kursk vilayətindən geri çəkilməsi sürətlənib.
Rusiya prezidenti Vladimir Putin dövlət sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması məsələsinə baxmağı təklif edib.
Hərbi ekspert Vasili Dandıkinin sözlərinə görə, rus qoşunları Kursk vilayətində daha 100 kvadratmetr ərazini azad etməlidir.
Eyni zamanda, politoloq Aleksandr Perenciyevin fikrincə, Rusiya hərbçiləri regiondakı uğurlardan sonra rahatlamamalıdır, çünki Ukrayna Silahlı Qüvvələri orada özünə gəlib və əks-hücumlar hazırlaya bilər.
Zaur,BakuPost