Ru
20:04 / 10 Mart 2025

Ukrayna Kurskda geri çəkilir - Sırski təsdiqlədi

 Ukrayna Kurskda geri çəkilir -  Sırski təsdiqlədi
Eye

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski qoşunlarının Kursk vilayətindən geri çəkildiyini faktiki olaraq təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə Strana.ua nəşri bildirib.

Sırskı sosial şəbəkədə "Birliklər əlverişli müdafiə mövqelərinə manevr etmək üçün vaxtında tədbirlər görür" bildirib.

Eyni zamanda o qeyd edib ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri qrupunun mühasirəyə alınması təhlükəsi yoxdur. Həmçinin, onun sözlərinə görə, “Sumı vilayətinin Rusiya Federasiyasının Kursk vilayəti ilə sərhədindəki vəziyyət Ukrayna müdafiə qüvvələrinin nəzarəti altındadır”.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri qrupu “lazımi qüvvələr və resurslarla” gücləndiriləcək.

8 mart 2025-ci ildə "Axmat" xüsusi təyinatlılarının komandanı, general-leytenant Apti Alaudinov rus qoşunlarının Kursk vilayətində bütün istiqamətlərdə genişmiqyaslı hücuma keçdiyini elan edib. Bu hərəkətlər nəticəsində Malaya Loknya, Çerkasskoye Poreçnoye, Kositsa, Viktorovka, Nikolaevka və Staraya Soroçinanı azad etmək mümkün olub.

İstefada olan birinci dərəcəli kapitan Vasili Dandıkin bildirbi ki, Kursk vilayətinin tam azad edilməsi bir-iki həftənin işidir.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar