Ukrayna göstərilən hərbi və maliyyə yardımları müqabilində nadir torpaq elementlərini ABŞ-yə verə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə “The Financial Times” Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən yazıb.
"Əlbəttə, biz Amerika ilə işləməyə hazırıq", deyən mənbə, Ukraynanın ABŞ prezidentinə əsas resurslar üzrə əməkdaşlıq üçün xüsusi şərtlər təklif etdiyini bildirib.
Nəşrin qeyd etdiyi kimi, belə bir plan, “nadir torpaq elementlərinin təhlükəsizliyini təmin etmək” istədiyini bildirən Trampın özünün bəyanatlarına uyğundur.
Qeyd edək ki, söhbət mikroçip, elektromobil, smartfon və digər yüksək texnoloji məhsulların istehsalında, hərbi və kosmik sənayedə, atom energetikasında istifadə olunan litium, kobalt, uran, qrafit, titan və s. metallardan gedir.
Lalə, BakuPost