Ru
17:48 / 18 Mart 2025

Ukrayna neytral olmayacaq, orduda ixtisarlar edilməyəcək - Yermak

 Ukrayna neytral olmayacaq, orduda ixtisarlar edilməyəcək - Yermak
Eye

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bəyan edib ki, Kiyev neytral statusun təmin edilməsi və Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması imkanlarını müzakirə etmir.

Bakupost.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.

"Ukrayna neytral statusu və silahlı qüvvələrinin sayını azaltmağı müzakirə etmir. Biz heç vaxt müvəqqəti olaraq işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımayacağıq", -Yermak vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündən sonra yazıb.

Martın 17-də Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa bəyan edib ki, onun ölkəsi ərazilərin itirilməsini rəsmən tanımayacaq, Şimali Atlantika Alyansı və Avropa İttifaqına qoşulmaqdan imtina etməyəcək. O, həmçinin sülh sazişinə ordunun sayı ilə bağlı məhdudiyyət qoyulmasına razı olmayacaqlarını bildirib.

Eyni zamanda, Sibiqa qeyd edib ki, Ukrayna hakimiyyəti başqa ölkələrin sülhməramlılarının ölkəyə yerləşdirilməsi ilə bağlı ətraflı müzakirələr mərhələsindədir.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar