Ukrayna üçün əsas məsələ dövlətin müstəqilliyini və suverenliyini itirməməkdir.
Bakupost.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Ukrayna üçün əsas məsələ dövlətimizin müstəqilliyini və suverenliyini itirməməkdir. Rusiyanın heç vaxt ukraynalıların müstəqilliyinə heç bir təsiri olmamalıdır, hətta müvəqqəti işğal altında olan ərazilərin suverenliyi üzərində də. Bu ərazilər müvəqqəti olaraq işğal altındadırlar, onlar Rusiyanın olmayacaq”, - Zelenski bildirib.
Dövlət başçısı onu da vurğulayıb ki, Rusiya tərəfi ilə Ukrayna ordusunun necə olması barədə müzakirə aparmaq istəmir:
“Bundan əlavə, ordumuz necə olmasını onlarla müzakirə etmək istəmirəm. Çünki bu, ruslar yox, ukraynalılar üçün təhlükəsizlik təminatlarının bir hissəsidir. Bu, həm də müstəqilliyimizin mühüm elementidir, ədalətli və təminatlı sülh və müharibənin bir daha ölkəmizə qayıtmayacağı deməkdir”.
Prezidentin sözlərinə görə, Rusiya tərəfi ilə təhlükəsizlik təminatının iqtisadi bəndlərini müzakirə etmək də planlaşdırılmır.