Ru
22:14 / 27 Fevral 2025

Ukrayna PUA-larla hücuma keçdi

 Ukrayna PUA-larla hücuma keçdi
Eye 811

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində üç yaşayış məntəqəsinə hücum edib.
Bakupost.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Volokonovski rayonunun Tişanka kəndi FPV pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb. Nəticədə bir nəfər xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, iki fərdi evə ziyan dəyib.

PUA-lar Volokonovski rayonunun Konovalovo kəndində isə pilotsuz uçuş aparatı fərdi yaşayış evinin damına çırpılıb, dam örtüyünə və yardımçı tikiliyə ziyan vurub.

Habelə Ukrayna Şebekinski rayonunun Novaya Tavoljanka kəndinə də hücum edib. Nəticədə üç fərdi yaşayış evində müxtəlif zədələr aşkar edilib: pəncərələr sınıb, dam örtüyü, fasadlar, yardımçı tikililər və hasarlar zədələnib.

Zaur,BakuPost




Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar