Ru
18:59 / 04 Mart 2025

Ukrayna qeyri-ciddiliyin bütün sərhədlərini keçib - Kobaxidze

 Ukrayna qeyri-ciddiliyin bütün sərhədlərini keçib -  Kobaxidze
Eye

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Ukrayna hakimiyyəti Tbilisi meri və Kiyev “Dinamo”sunun keçmiş oyunçusu Kaxa Kaladzeni Ukraynanın beynəlxalq idman ustası titulundan məhrum etmək qərarı ilə bütün qeyri-ciddilik sərhədlərini keçib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bilmirəm, bunu necə ciddi şərh etmək olar. Bu halda Ukrayna hakimiyyəti bütün qeyri-ciddilik sərhədlərini keçib”, – Kobaxidze paylaşıb.

O, həmçinin xatırladıb ki, 2022-ci ildə Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyəti münaqişə zonasına könüllülər göndərməkdən imtina etdiyi və Rusiyaya qarşı sanksiyaları dəstəkləmədiyi üçün səfirini Tbilisidən geri çağırıb.

Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Gürcüstanın Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməli olması barədə mövqeyi əxlaqsızlıqdır.

Mdinaradzenin sözlərinə görə, Gürcüstan hakimiyyəti münaqişəyə qarışmamaqla öz əhalisini xilas edib.

Bundan əvvəl Kobaxidze Litva və Estoniyanın suverenliyinin olmadığını bəyan edib.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar