Ukrayna qüvvələri Xarkov və Donetsk vilayətlərində iki istiqamətdə irəliləyir.
Bakupost.az xəbər verir ki, bu barədə The New Voice of Ukraine bildirir.
Döyüş məlumatlarına əsasən, Ukrayna qüvvələri Kupyansk ərazisindəki Sinkivka və Novopavlivka ərazisindəki Burlatske yaxınlığında mövqelərini bərpa edib.
Bundan əlavə DeepState bildirib ki, Rusiya qoşunları Donetskin Novopavlivka ərazisində Ulaklı yaxınlığında irəliləyirlər.
Monitorinq qrupu həmçinin Rusiya qüvvələrinin Donetskdəki Kostiantinopil yaşayış məntəqəsini ələ keçirdiyi barədəki iddiaları təkzib edib. Bildirilib ki, ruslar əslində Ulaklı yaxınlığında şəxsi heyət cəmləşdirir.
Müharibə Araşdırmaları İnstitutu (ISW) isə Rusiya qüvvələrinin altı istiqamətdə - Sumı və Kursk vilayətlərində, eləcə də Donetskin Siversk, Kuraxove, Toretsk bölgələrində və Zaporojyedəki Robotino yaxınlığında irəlilədiyini bildirib.
Elina Qasımova, BakuPost