Ru
17:55 / 07 Oktyabr 2024

Ukrayna Rusiya qazının tranzitini dayandırır

548
"Müqavilənin müddəti bitdikdən sonra Ukrayna Rusiya ilə qazla bağlı tranzit müqaviləsini yeniləməyəcək".

Bakupost.az "KP"-yə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal Slovakiyanın Baş naziri Robert Fiko ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Ukrayna Slovakiya və digər Avropa ölkələrinin Rusiya qazından asılılığını başa düşür, lakin Rusiya resurslarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Şmıqal Avropa ölkələrini Rusiyadan gələn neft və qazdan imtina etməyə çağırıb. Onun sözlərinə görə, bu resurslardan əldə edilən gəlirin azalması Moskvaya hərbi sənaye kompleksinə investisiya qoymağa, bununla da Xüsusi Hərbi Əməliyyata dəstək verməyə imkan verməyəcək.

Bununla yanaşı, Şmıqal əlavə edib ki, Ukrayna Avropa İttifaqı ilə Assosiasiya Sazişinə və Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq öz öhdəliklərini bundan sonra da yerinə yetirməyə hazırdır.

Bu arada, Rusiya 2024-cü ilin üçüncü rübündə Aİ-yə qaz tədarükündə yenidən ABŞ-ı geridə qoyub. Moskva Avropaya resursların əsas tədarükçüləri arasında Norveçdən sonra ikinci yeri tutur.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar