Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:20 / 28 Oktyabr 2024

Ukrayna Rusiyada 2 zavoda hücum etdi: Yaralılar var - VİDEO

623
Ukrayna pilotsuz təyyarələri Rusiyanın Voronej vilayətində iki spirt zavoduna hücum edib. Hadisə zamanı iki nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Qeyd olunur ki, PUA-lar Anninsk və Novoxopersk rayonlarındakı müəssisələrə hücum edib. Anninsk rayonunda pilotsuz təyyarə zavoda çırpılan zaman yanğın baş verib və iki nəfər xəsarət alıb. Qubernator Aleksandr Qusevin sözlərinə görə, yanğın bir neçə binaya və avadanlıqlara ziyan vurub, daha sonra qonşu qarajlara keçib.

Novoxopersk rayonunda zavodun üzərinə düşən PUA binalardan birinin damını zədələyib.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar