ABŞ-ın hərbi yardımı olmasa, Ukrayna Rusiyaya qarşı altı aydan çox dayana bilməz. Avropa isə Amerikanın yardımını əvəz edəcək vəziyyətdə deyil.
Bakupost.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenkonun fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında dediyi sözləri xatırladaraq “Le Monde” yazıb.
Bremen Universitetinin elmi işçisi Nikolay Mitroxin hesab edir ki, Amerikanın hazırkı tədarükləri az istifadə olunarsa, yayın ortalarına və ya payıza qədər davam edəcək.
Eyni zamanda, ABŞ-ın yardımı Ukraynanın əsasən, "Patriot" sistemlərindən ibarət olan hava və raket hücumundan müdafiəsi üçün çox vacibdir. Rusiya ərazisinə dərin zərbələr endirmək üçün isə tez-tez Amerika ATACMS raketlərindən istifadə olunur.
ABŞ 155 mm-lik artilleriya mərmilərinin əsas tədarükçüsüdür. Nəşr yazır ki, ABŞ avropalılar tərəfindən Amerikanın F-16 təyyarələrinin təhvil verilməsinə və ya kəşfiyyat məlumatlarının mübadiləsi və Ukrayna telekommunikasiyasının təhlükəsizliyinin təmin edilməsi baxımından verilən bütün dəstəklərə təsir göstərə bilər.
Bütün bu yardım sahələri ilə bağlı hələlik heç bir şərh verilməyib, lakin USAİD-in vəsaitlərinin dondurulması artıq təchizatı Amerika agentliyi tərəfindən maliyyələşdirilən Starlink peyk terminallarına təsir edib. ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Musk-ın gələcəkdə öz işlərini davam etdirib-etməyəcəyi hələ dəqiq deyil.
Zaur,BakuPost