Ru
23:01 / 21 Aprel 2025

Ukrayna səmasında naməlum obyekt... - Sirri ortaya çıxdı

Ukrayna səmasında naməlum obyekt... - Sirri ortaya çıxdı
Eye

Ukraynanın Lvov şəhəri üzərində aşkarlanan naməlum uçan obyektin İsveçin ACS-890 kəşfiyyat təyyarəsi olduğu ortaya çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə Clash Report portalı məlumat yayıb.

Qeyd olunur ki, təyyarə Lvov üzərində sınaq uçuşu həyata keçirib.

Beləliklə, Ukrayna radar sistemi ilə vəd edilmiş iki İsveç ACS-890 kəşfiyyat təyyarəsindən birincisini alıb.

“İsveç Müdafiə Nazirliyi inanır ki, bu təyyarələr Ukraynaya hava radarlarının kəşfiyyatı üçün tamamilə yeni imkanlar verəcək”, - deyə Ukraynanın Strana.ua saytı yazıb.

Təyyarə 400 kilometrə qədər məsafədə hədəfləri aşkar etmək qabiliyyətinə malikdir, həmçinin Amerikanın F-16 qırıcıları ilə birlikdə müdafiə sisteminə inteqrasiya oluna bilir.

Xatırladaq ki, aprelin 21-i günortadan sonra Ukraynanın qərbində naməlum uçan obyekt (UFO) aşkar edilib. Bu barədə Flightradar24 özünün X səhifəsində məlumat yayıb.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar