Ru
14:15 / 05 Yanvar 2025

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində genişmiqyaslı hücumu başladı

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində genişmiqyaslı hücumu başladı
1623

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları rusiyalı hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər. Ukrayna Silahlı Qüvvələri ağır texnikadan fəal istifadə edir. Hücum texnika üçün əlverişli olan donmuş torpaqla əlaqələndirilir.

Rusiyanın Teleqram kanalları Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurovun Kursk vilayətində olduğu barədə məlumat yayıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar