Ukrayna Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum etməyə cəhd edib.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün dronlar vurulub, kompressor stansiyası fəaliyyətini davam etdirir.
Rusiya MN-nin məlumatında qeyd olunub ki, Kiyevin PUA hücumunun məqsədi Avropa ölkələrinə qaz tədarükünü dayandırmaq olub.