Ru
12:44 / 16 Sentyabr 2024

Ukraynada meşə yanğınları: İnsanlar təxliyə edilir - FOTO

1121
Ukraynada meşə yanğınları davam edir.

Bakupost.az xəbər verir ki, Ukraynanın Poltava vilayətində gecə boyu müdaxilələrin davam etdiyi meşə yanğını ilə bağlı Ukrayna Fövqəladə Hallar Xidmətindən açıqlama verilib.

Açıqlamada yanğınsöndürmə işlərinin davam etdiyi və 680 hektar ərazinin zərər çəkdiyi bildirilib:

“Xilasetmə qrupları Poltava vilayətində genişmiqyaslı meşə yanğınının söndürülməsinə davam edir. Yanğının əhatə etdiyi ümumi ərazi təxminən 680 hektardır. Hazırda təxminən 70 hektar sahədə quru bitki örtüyü və meşə zibilləri yanır. Xilasedicilər Poltava-Kobelyaki elektrik qatarının 57 sərnişinini təxliyə ediblər. Yerli hakimiyyət Mankivka kəndinin 7 sakinini təxliyə edib. Zərərçəkmiş fərdi ev və tikililərin sayı müəyyənləşdirilir”.

Yanğının söndürülməsinə ümumilikdə 411 canlı qüvvə və 67 texnika cəlb olunub.



Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar