Ukrayna X sosial şəbəkəsinə kiberhücumda əli olduğunu inkar edir.
Bakupost.az xəbər verir ki, bu barədə “Newsweek” Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəhbəri Aleksandr Merejkoya istinadən bildirib.
"Ukrayna X-ə kiberhücumda qətiyyən iştirak etmir. Belə bir hücumun təşkili Ukraynanın maraqlarına uyğun deyil", - nəşr Merejkonun sözlərinə istinadən yazıb.
Newsweek daha sonra Fələstin tərəfdarı olan “Dark Storm Team” haker qrupunin X-a kütləvi hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Daha əvvəl sosial şəbəkənin sahibi İlon Mask bəyan etmişdi ki, X.-a kütləvi kiberhücumda Ukrayna İP ünvanları iştirak edib. Sahibkarın sözlərinə görə, nə baş verdiyi hələ məlum deyil, lakin X sistemini sıradan çıxarmaq üçün irimiqyaslı kiberhücum edilib.
Zaur,BakuPost