Ukraynalı müstəntiqlər Ali Radanın keçmiş deputatı İrina Farionun qətli ilə bağlı iki versiyanı nəzərdən keçirir.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna daxili işlər naziri İqor Klimenko bildirib.
Birinci versiyaya görə, qətl şəxsi düşmənçilik zəminində törədilib. İkinci versiya isə Farionun ictimai və siyasi fəaliyyətinə qətlə yetirilməsi ilə bağlıdır. Nazir bildirib ki, polis qətlin sifarişli ola biləcəyini etimal edir.
Qeyd edək ki, Farion iyulun 20-nə keçən gecə Lvovda başından güllələnib. Hadisənin məbəddə baş verdiyi bildirilir. Farionun 60 yaşı var idi.
Faktla bağlı cinayət işi başlanıb. Ukrayna hüquq-mühafizə orqanları qətldə Rusiya izinin olduğunu ehtimal edirlər. Ukrayna prezidenti Volodimir Zelenski qətli pisləyib və cinayətkarın tezliklə tapılacağını bildirib.
Xatırladaq ki, İ.Farion 2012-2014-cü illərdə Ali Radanın deputatı və millətçi “Svoboda” partiyasının üzvü olub. O, dəfələrlə Ukraynada rus dilinin istifadəsinə qarşı çıxış edib.
Vasif
BakuPost