Ru
15:40 / 06 Mart 2025

"Ukraynanı məğlubiyyətlə barışdırmağa çalışırlar" - Politoloq

"Ukraynanı məğlubiyyətlə barışdırmağa çalışırlar" - Politoloq
Eye

Zelenski çalışır ki, ayrı-ayrı mənbələr hesabına ordunun döyüş qabiliyyətini gücləndirsin və əraziləri işğaldan azad etsin, ərazi bütövlüyü və suverenlik təmin olunsun. Lakin bu, olduqca çətin məsələdir. Tramp müharibəyə sərmayə yatırmaq istəmir. Ukrayna onun üçün cəlbedici deyil və müharibəni nə olursa-olsun, dayandırmaq əsas məqsəddir. Bu da Zelenskini ayrı istiqamətlərə yönəldir. Bunun nəticəsində o, Trampla görüşdükdən sonra yalnız bir müsahibə verdi və Londona üz tutdu. Kir Starmerlə keçirilən görüş nəticəsində də 3,3 milyard məbləğində kredit razılaşması həll olundu. Bu isə əvvəlki dövürlərdən fərqli olaraq kredit şəklində Ukraynaya verildi. Bunun qarşılığı mütləq ödənilməlidir”.

Bunu Bakupost.az -a politoloq İlyas Hüseynov deyib. O bildirib ki, bu gün dövlətlər yalnız öz maraqlarını güdürlər. Ukrayna aktuallığını itirib:



"Ukrayna şəhərləri dağılsa da, yarım milyona yaxın itki olsa da, 10 milyona yaxın insan qaçqın düşsə də, bu, dünya liderlərini maraqlandırmır. Avropa liderləri siyasi və mənəvi dəstək verməklə kifayətlənirlər. Trampı tənqid edirlər. Ukraynanın daxilində də Zelenskiyə dəstək var. Amma bu dəstək sayəsində qarşıya qoyulan məqsədləri yerinə yetirmək mümkündürmü? Bunu zaman göstərəcək. Bütün proseslər ona gedir ki, Ukraynanı məğlubiyyətlə barışdırmağa çalışırlar".

Sevinc,
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar