Ru
23:41 / 17 Fevral 2025

Ukrayna bu torpaqları itirəcək - Açıqlama

 Ukrayna bu torpaqları itirəcək - Açıqlama
Eye

“Rusiya hazırda Ukraynanın təxminən 25 faizdən çox ərazisini işğal edib. Əgər Donald Tramp bu vəziyyəti qəbul edib Putinə güzəştə getsə, Ukrayna bu torpaqları itirəcək. Bundan sonra Ukraynanın həmin əraziləri geri qaytarması müşkül məsələ olacaq”.

Bunu Bakupost.az -a politoloq Samir Hümbətov bildirib.

O qeyd edib ki, Ukraynanın işğal olunmuş ərazilərinin saxlanılması çox vacibdir:

“Rusiya-Ukrayna müharibəsinin davam etməsi ehtimalı hələ də qalır. Zelenski qeyd edib ki, ABŞ-nin dəstəyi olmadan Ukraynanın müharibəni davam etdirmək şansı çox azdır. Trampın isə Ukraynaya yardımı davam etdirməsi gözlənilmir. Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirəcəyini bəyan edib. Aİ və Ukraynanın daxili resursları da müharibənin davam etdirilməsində mühüm rol oynaya bilər. Zelenski bildirib ki, hazırda ölkəsinin taleyi tamamilə Ağ Evdən asılıdır. Trampın Ukraynaya yardım etmək fikri yoxdur”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar