Ru
22:25 / 27 Fevral 2025

Ukraynanın nadir metal ehtiyatları şişirdilib - KİV

Ukraynanın nadir metal ehtiyatları şişirdilib - KİV
Eye 865

Ukraynada mövcud olan nadir torpaq metallarının ehtiyatları xeyli şişirdilib.

Bakupost.az xəbər verir ki, bu barədə Britaniyanın “Spectator” jurnalı məlumat yayıb.

“ABŞ Geoloji Xidmətinin məlumatına görə, Ukraynada nadir torpaq metallarının əhəmiyyətli yataqları yoxdur”, - məqalədə deyilir.

"Eyni zamanda, Ukrayna dövləti nadir torpaq mineralları olmayan faydalı qazıntı ehtiyatlarına malikdir. Söhbət titan, litium, uran, kobalt, qrafit, mis, nikel, həmçinin qaz və kömürdən gedir", - deyə nəşr yazır.

Nəşr onu da qeyd edir ki, Ukraynada bu yataqların əksəriyyəti kiçik miqyasda istismar olunur və ya tamamilə bağlanıb. Ölkənin özünün faydalı qazıntıları emal etmək üçün kifayət qədər imkanları yoxdur.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar