Ru
17:31 / 28 Aprel 2025

Ukraynanın Su-27 təyyarəsi vuruldu - Pilot sağ qaldı

Ukraynanın Su-27 təyyarəsi vuruldu -  Pilot sağ qaldı
Eye

Bu gün Ukraynanın Su-27 döyüş təyyarəsi Rusiyanın dron hücumuna qarşı hava dəstəyi təmin etmək məqsədilə həyata keçirilən mürəkkəb döyüş missiyasını yerinə yetirərkən vurulub.

Bakupost.az xəbər verir ki, bu barədə The New Voice of Ukraine bildirib.

Qeyd olunur ki, pilot katapult edib və xəstəxanaya aparılıb.

Xatırladaq ki, aprelin 12-də digər ukraynalı pilot, 26 yaşlı kapitan Pavlo İvanov F-16 təyyarəsi ilə döyüş missiyası zamanı həlak olub. Prezident Zelenski ona ölümündən sonra Ukraynanın Qəhrəmanı adı verib.

2024-cü il avqustun 26-da isə "Munfiş" ləqəbli pilot Oleksiy Mes Rusiyanın raket hücumuna qarşı mübarizə apararkən həlak olub. O, üç raket və bir döyüş pilotsuz uçuş aparatını məhv edib. Qəzanın səbəbi hələ də araşdırılır.

Elmina Qasımova,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar