Ru
16:18 / 11 Yanvar 2025

Ukrayna Tambova hücum etdi: dağıntılar var

Ukrayna Tambova hücum etdi: dağıntılar var
703

Rusiya İstintaq Komitəsi Tambov vilayətinin Kotovsk şəhərində Ukrayna pilotsuz təyyarələrinin çoxmərtəbəli binalara hücumu ilə bağlı terror aktı maddəsi ilə cinayət işi açıb.

Bakupost.az. Axar.az-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, yanvarın 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin PUA-lardan istifadə etməklə Tambov vilayəti ərazisinə hücumu nəticəsində Kotovskda dinc əhali arasında itkilər var, iki yaşayış binasına ziyan dəyib.

Qeyd edək ki, bundan öncə Rusiya MN Ukraynanın 85 PUA ilə Rusiya vilayətlərinə hücuma keçdiyini, PUA-ların məhv edildiyini bildirsə də, nəticələr haqda məlumat verməmişdi

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar