Ru
17:32 / 07 Mart 2025

Ukraynanın təhlükəsizlik zəmanəti almaq şansı azdır - Tusk

 Ukraynanın təhlükəsizlik zəmanəti almaq şansı azdır - Tusk
Eye

Polşanın baş naziri Donald Tusk Ukraynanın ABŞ-dan möhkəm təhlükəsizlik zəmanəti alacağına ümidlərini azaltdığını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti bildirib.

"Ukraynanın tezliklə ABŞ-nin fiziki iştirakı ilə möhkəm təhlükəsizlik zəmanəti alacağına ümid, yumşaq desək, əvvəlkindən daha azdır", - Tusk Seymdə deyib.

O, Polşada hər kəsin ABŞ-ın Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsində iştirakını gözlədiyini qeyd edib.

Baş nazir vurğulayıb ki, Vaşinqtonun siyasətindəki dəyişiklikdən sonra "Polşa və Ukraynada vəziyyət bir neçə ay əvvəl olduğundan daha çətinləşib" və bu məsələ həll edilməlidir.

Martın 6-da Aİ-nin fövqəladə sammitindən sonra İtaliyanın baş naziri Ciorcia Meloni NATO-ya qoşulmaöa alternativ ola biləcək 5-ci maddəsinin Ukraynaya şamil edilməsini təklif edib.

Onun fikrincə, belə bir addım Kiyevi etibarlı təhlükəsizlik təminatları ilə təmin edər və sülhməramlıların yerləşdirilməsindən daha effektiv olardı.

Bundan əvvəl Aİ Ukraynanın səmasını qorumaq üçün plan hazırlayıb.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar