"Şimali Atlantika Alyansı qoşunlarının Ukrayna ərazisinə göndərilməsi münaqişə üçün əlavə səbəblər yaradacaq".
Bakupost.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci Kanal"ın efirində deyib.
“Aİ ölkələri münaqişənin əlavə ilkin səbəblərini yaratmağa hazırlaşırlar. Bundan nə çıxacaq? Yaxşı heç nə çıxmayacaq", - Peskov deyib.
O vurğulayıb ki, münaqişə yalnız "Ukrayna ilə bağlı ilkin səbəblər" nəzərə alınmaqla və aradan qaldırılmaqla həll edilə bilər.
Bundan bir qədər əvvəl “The Times” qəzeti Böyük Britaniyanın baş naziri Kir Starmerin minlərlə britaniyalı sülhməramlısını uzun müddətə Ukraynaya göndərməyə hazır olduğunu bildirdiyini yazıb. Böyük Britaniya hökumətindəki yüksək səviyyəli mənbə bunun uzunmüddətli öhdəlik olduğunu deyib. O, qeyd edib ki, Britaniya hakimiyyəti illər haqqında danışır və sülh müqaviləsini qorumaq üçün lazım olan müddət ərzində Ukraynada sülhməramlılar yerləşdirməyə hazırdır.
“The Times” xatırladıb ki, Starmer bundan əvvəl Ukraynada Britaniya və digər Avropa qoşunlarının yerləşdirilməsi üçün ABŞ-nin zəmanətinin lazım olduğunu bəyan edib. Nəşr qeyd edir ki, bununla belə, ABŞ prezidenti Donald Tramp dəfələrlə belə zəmanət verməkdən imtina edib.
Zaur,BakuPost