Ru
15:39 / 20 Sentyabr 2024

"Ukraynaya yardımlar müharibəni daha da alovlandırır" - Açıqlama

433
“Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müəyyən addımlar atılsa da, hələlik heç bir nəticə yoxdur. Çünki Ukrayna öz torpaqlarını tam azad etmək istəyir, Rusiya isə işğal etdiyi torpaqları əlində saxlamaq istəyir. Buna görə də hələlik danışıqlar baş tutmur”.

Bunu Bakupost.az -a politoloq Elşad Həsənov deyib.

O bildirib ki, son günlər Ukraynaya xarici hərbi yardımlar müharibəni daha alovlandırır. Keçən həftə Moskvada böyük neftayırma zavodu partladıldı. Həmçinin digər şəhərlərdə də bu proseslər gedir. Bütün bunlar isə böyük səs-küyə səbəb olur, müharibə daha da şiddətlənir:

“Ukraynanın Kursk vilayətinə hücumları vəziyyəti tamamilə gərginləşdirib. Rusiya Xarkovdan hərbi hissələrinin müəyyən qismini çıxarıb Kurska yönləndirdi. Hazırda Kursk uğrunda döyüşlər gedir. Kurska daxil olmaqda əsas məqsəd Xarkov cəbhəsində rusların təzyiqini azaltmaq idi. Buna demək olar ki, nail olundu. Zelenski isə bildirdi ki, Rusiyanı işğal etmək fikirləri yoxdur. Ancaq qarşı tərəf müharibəni sona qədər davam etdirmək niyyətindədir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar