Ru
13:07 / 15 Mart 2025

"Ulduz"lu görüşlər" in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu - FOTO

"Ulduz"lu görüşlər" in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu - FOTO
Eye

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüşü keçirilib. "Ulduz" ədəbiyyat dərgisinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Universitetinin müəllim, tələbə heyəti, eləcə də poeziyasevərlər və ədəbiyyat adamları iştirak edib.

Bakupost.az xəbər verir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri açaraq, Səlim Babullaoğlunun yaradıcılığı haqda geniş məlumat verib.

Ardınca "Ulduz" jurnalının şöbə redaktorları Dayandur Sevgin, Taleh Mansur, Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, şair-publisist Zaur Ustac çıxış edib.

Səlim Babullaoğlu şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıb.

Azərbayacan ədəbiyyatının mövcud durumu, bədii tərcümə sahəsində aparılmalı olan islahatlar, eləcə də yazarlarımızın dünyaya çıxması yolunda qarşıda duran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.

Sonda Səlim Babullaoğlu tələbələr üçün öz kitablarını imzalayıb.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar