Ru
16:33 / 05 İyul 2024

"Ümid"in namizədlərinin sayı azaldıla bilər - Açıqlama

2458
"Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib. Artıq partiya şəklində seçkilərə qatılmaqla bağlı sənədləri hazırlayıb Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. MSK-nın qərarından sonra partiya müəyyənləşdirdiyi namizədləri İdarə Heyətinin yekun iclasında bir daha dəyərləndirməklə rəsmən seçki kampaniyasına başlayacaq".

Bunu Bakupost.az -a açıqlamasında Ümid Partiyasının Aparat rəhbəri Taleh Əliyev deyib.

O, partiyanın əvvəlcədən planlaşdırdığı kimi, 75 namizədlə seçki kampaniyasına başlaya biləcəyini deyib. T.Əliyevin sözlərinə görə, yekun qərardan sonra bu sayda dəyişiklik ola və ya olmaya bilər:

“Bununla bağlı son qərar İdarə Heyətində veriləcək”.

T.Əliyev təmsil etdiyi partiyanın digər partiyalardan olan namizədləri dəstəkləyə biləcəyini deyib:

“Seçki kampaniyasından öncə siyasi partiyalar, xüsusən də müxalif siyasi partiyalar belə bir razılaşma əldə etməyib. Amma ola bilsin ki, namizədlərin qeydə alınması mərhələsi başa çatdıqdan sonra bəzi siyasi təşkilatlar tərəfindən üçtərəfli və ya çoxtərəfli formatda əməkdaşlıq baş versin”.

O, əvvəlki seçkilərdə Ümid Partiyasının tanınan müstəqil namizədlərlə bağlı belə bir təşəbbüsünün olduğunu deyib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər