Ru
19:45 / 24 Fevral 2025

Universitetlərdə dərslər onlayn olacaq?

Universitetlərdə dərslər onlayn olacaq?
757

Bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.

Bakupost.az -ın APA-ya istinadən xəbərinə görə, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universitetində dərslər ənənəvi qaydada keçiriləcək.

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetlərinin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq 25 fevralda da dərslər hibrid (həm ənənəvi, həm onlayn formatda) keçiriləcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar