Ru
17:28 / 22 Yanvar 2025

Universitetlərin reytinqi açıqlandı - Siyahıda 2 ali məktəbimiz var

Universitetlərin reytinqi açıqlandı - Siyahıda 2 ali məktəbimiz var
Eye

Azərbaycanın iki universiteti “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub.

Bakupost.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” dərc olunub.

11 fənn sahəsi üzrə dərc olunan reytinqdə Azərbaycan 2 fənn sahəsi üzrə təmsil olunub. “Mühəndislik” üzrə dünyanın ən yaxşı universitetlərinin siyahısında Bakı Dövlət Universiteti 1001-1250 intervalında mövqe tutub, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1251+) isə siyahıya ilk dəfə daxil olub. “Fizika elmləri” üzrə fənn reytinqinə Azərbaycandan yalnız Bakı Dövlət Universiteti (1001+) daxil olub.

Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır. Sözügedən reytinqdə 11 geniş fənn sahəsi və 33 dar fənn kateqoriyası üzrə təhlil aparılır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar