Ru
22:59 / 18 Aprel 2025

Uolts və Rubio İrana zərbə endirməyə çağırdı

Uolts və Rubio İrana zərbə endirməyə çağırdı
Eye

ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uolts və ABŞ dövlət katibi Marko Rubio nüvə silahının inkişafı ilə potensial əlaqədə olan İran obyektlərinə hərbi zərbə endirilməsi ideyasını dəstəkləyiblər.

Bakupost.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.

Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard qəzetin yazdığına görə, genişmiqyaslı regional münaqişənin risklərini qeyd edərək, daha ehtiyatlı mövqe nümayiş etdiriblər.

Qəzet həmçinin yazır ki, prezident Tramp problemin diplomatik həlli tərəfdarlarının, o cümlədən jurnalist Taker Karlsonun fikirlərini dinləyib.

Daha təmkinli yanaşma tərəfdarları qeyd edirlər ki, ABŞ kəşfiyyatının hesablamaları Tehranın nüvə silahı yaratmaq niyyətində olmadığını və İranın bombalanmasının daha geniş regional müharibəyə səbəb ola biləcəyini göstərir.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar