Ru
08:30 / 04 Aprel 2023

Ürək bulantısı zamanı nə etməliyik? - Məsləhətlər

Ürək bulantısı zamanı nə etməliyik? - Məsləhətlər
Eye

Müxtəlif səbəblərdən yarana bilən və insanın gündəlik həyatına mənfi təsir göstərən xəstəliklərdən biri də ürəkbulanmadır. Evdə alınan bəzi ehtiyat tədbirlərlə ürək bulantısını yüngülləşdirmək mümkündür. Bulantı öz başına bir xəstəlik deyil, lakin qusma, ishal, sinə ağrısı, başgicəllənmə kimi əlamətlərlə müşayiət olunarsa, ən qısa zamanda həkimə müraciət edilməlidir. Bu müddət ərzində isə qidalanmaya böyük diqqət yetirilməlidir.

Bakupost.az ürək bulantısına yaxşı təsir edən qidaları təqdim edir.

Zəncəfil - Ürəkbulanmaya çox xeyirlidir. Sağlamlıq üçün çox faydalı bir bitkidir.

Limon - Xüsusən də çobanyastığı çayında ürək bulanmasına çox yaxşı təsir edir.

Nanə qoxusu və ətri ilə ürək bulanmasının keçməsinə kömək edir.

Duzlu krakerlər və duzlu ayran da ürəkbulanmanı azaltmaqda yararlıdır.

Bulantılarınız artarsa, nanə yarpağı çeynəmək və ya nanə çayı içmək yaxşı olar. Bunlar yoxdursa, nanəli saqqız da kömək ola bilər.

Bu qidalarla yanaşı, bəzi tədbirlər alaraq da ürək bulantısını keçirə bilərik: təmiz havada gəzmək, dərindən nəfəs almaq və s.

Avtomobillə səyahət edirsinizsə, telefona cavab verməyin və yolun istiqamətinə qarşı oturmayın.

Yeməkdən dərhal sonra yatmayın. Mədənizi çox yükləməyin və çox yağlı qidalar qəbul etməyin.

Olduğunuz otağın pəncərəsini açın.

Başınızı çox tərpətməməyə çalışın və qəfil hərəkətlər etməyin.

Aynur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar