Ru
18:14 / 28 Dekabr 2024

Ürəyi 10 dəfə dayanan kişi xilas edildi

Ürəyi 10 dəfə dayanan kişi xilas edildi
Eye

Tatarıstanda tibb işçiləri ürəyi 10 dəfə dayanan xəstəni xilas ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

54 yaşlı Nijnekamsk sakini özünü pis hiss edib və dərman qəbul edib. Lakin sinəsindəki güclü ağrı artmağa davam edib.Onun həyat yoldaşı təcili yardım çağırıb. Müayinə və lazım olan ilkin tibbi yardım göstərildikdən sonra həkimlər xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq qərarına gəliblər. Lakin onun vəziyyəti kəskin pisləşib, kişi huşunu itirib və ürəyi dayanıb.

“Biz dərhal reanimasiya tədbirlərinə başladıq. Ürəyin işini bərpa etdik, xəstəni xərəkə uzadıb girişə aparan kimi ürəyi yenidən dayandı. Reanimasiya işləri apardıq, ürəyin dolayı masajını və defibrilyator tətbiq etdik. Vəziyyətini stabilləşdirən kimi xəstəni təcili yardım maşınına yerləşdirdik və yola düşdük. Lakin yol maneələrlə dolu idi, gedərkən dəfələrlə ürəyi dayanırdı”, - deyə feldşer Rail Əhmətov bildirib.

Məlumata görə, üç saat ərzində həkimlər 10 dəfə kişinin ürək ritmini bərpa edərək onu xəstəxanaya çatdırmağa nail olublar. Xəstə ürək-damar cərrahları tərəfindən əməliyyat edilib.

Hazırda onun həyat və sağlamlığına heç bir təhlükə yoxdur.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar