Ru
14:43 / 08 Yanvar 2025

"Ürəyim mənə rahatlıq vermir" - Ofeliya Sənani evə buraxıldı

"Ürəyim mənə rahatlıq vermir" - Ofeliya Sənani evə buraxıldı
Eye

"Dünən axşam xəstəxanadan evə buraxılmışam. Amma vəziyyətim elə də yaxşı deyil".

Bakupost.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında ötən ilin dekabrında vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Ofeliya Sənani deyib.

O bildirib ki, hazırda ailəsinin yanındadır.

“Çətinliklə danışıram, ürəyim mənə rahatlıq vermir. Həkimlər evə gəlməyimə icazə verdilər, dedilər ki, pisləşsəm, onlara yenidən müraciət edə bilərəm. Ümumilikdə yaxşı deyiləm, çox halsızam”.

Xatırladaq ki, 83 yaşlı xalq artisti bir müddət əvvəl də infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O, həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar