Hansı bank etibarlıdır? - SORĞU
Ru
00:38 / 29 Dekabr 2022

Uşağa hansı yaşda xarici dil öyrədilməlidir?

60740
Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb.

Bakupost.az xəbər verir ki, bəzi mütəxəssislər bildirirlər ki, bu, uşağın gələcək inkişafı üçün müsbət haldır. Gələcəkdə əcnəbi dili çətinlik çəkmədən, rahat öyrənə biləcək. Lakin uşaq psixoloqları bunun mənfi tərəflərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə, iki dildə danışan ailələrin uşaqlarında nitqdə qüsurlar ola bilər.

Hazırda ingilis dilinə üstünlük verilir. Çünki bu dil dünyada qəbul edilən bir neçə dildən biridir və gələcəkdə uşaq bu dildən faydalana bilər. Lakin valideynlər bir nüansı da unutmamalıdırlar ki, uşağın tez qavraması üçün onun temperamentinə uyğun dil seçilməlidir.

Mütəxəssislərin fikrincə uşağın orijinal şəxsiyyət kimi yetişməsi üçün yapon dili öyrədilməsi məsləhətdir. Heroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağın beynində hər iki yarımkürə aktiv inkişaf edəcək. Uşaq musiqiyə meyillidirsə, çin dilinin öyrədilməsi məsləhətdir. Bu dil beyinin sağ yarımkürəsinin cavabdeh olduğu musiqi qabiliyyətini artırmaqda ona kömək olacaq. Dilçilərin fikrinə əsasən, məhz çin dili gələcəkdə aparıcı dil olacaq. Ünsiyyətcil uşağa fransız və ya ispan dili öyrətmək daha uyğundur. Uşağınız məntiqli düşünürsə, alman dili onun seçimi ola bilər. Kreativ düşüncəli uşağa isə inglis dilinin öyrədilməsi məsləhətdir.

Bəs bu dillər uşağa hansı yaşdan sonra öyrədilməlidir?

Uşaq psixoloqları bildirirlər ki, uşaqlarda passiv və aktiv nitq inkişafı olur. Passiv nitq, yəni uşağın başa düşdüyü dildə apar, qoy, gətir kimi ifadələri anlayır və icra edir. Artıq 1 yaşından uşaq öz söz ehtiyatına uyğun hərəkət edir. Uşağın qavrama, idrak prossesinə görə bir dil inkişaf etdirilməlidir. Uşağın duyğusu, məntiqi, qavrayışı bir dil əsasında formalaşmalıdır. Ancaq uşağa 2 və daha çox dil öyrədildikdə, fikirini izah etdikdə 2 dildə ifadə edəcək. Anlaşılmazlıq ola bilər.

Dilləri qarışdırmamaq üçün uşağa 5 yaşına kimi bir dil mənimsədilir, 5 yaşından sonra isə xarici dillər öyrədilə bilər. Çünki uşaq öz dilini kifayət qədər duyub, anladıqdan sonra əlavə dillər öyrədilə bilər. Lakin unutmayın, övladınızın dil qüsuru varsa, onun xarici dil öyrənməsində çətinlik yarana bilər.

Psixoloqların fikrincə, uşaq 8-10 yaşına çatdıqda, dil öyrənmək bir qədər çətin olsa da, 2-3 dili ona paralel öyrətmək mümkündür, amma ideal tələffüzə nail olmaq bir qədər zaman alacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar