Rusiyanın Krasnoyarsk şəhərində qıza narkotik verib, 3 saat ona təcavüz edən pedofilə hökm oxunub.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Məhkəmə 46 yaşlı Vladislav Xarlaşini fiziki məhvetmə hədəsi, seksual xarakterli hərəkətlər, narkotik vasitələrin satışı, pornoqrafiya hazırlamaq məqsədilə videoçəkiliş və evə basqın kimi cinayət maddələri üzrə təqsirli bilib.
O, xüsusi rejimli koloniyada psixiatr tərəfindən müalicə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.
Hadisə 2023-cü ilin noyabrında baş verib. Narkotikdən sərxoş vəziyyətdə olan məhkum doqquz yaşlı qızı izləyərək anası ilə birlikdə yaşadığı mənzilə daxil olub. Xarlaşin uşağı təhqir edib və cinayətləri telefon kamerasına çəkib.
Həmçinin azyaşlı baş verənləri danışacağı təqdirdə onu bıçaqla hədələyib və narkotik vasitələrdən istifadəyə məcbur edib.
Başqa bir mənbənin məlumatına görə, həmin şəxs əvvəllər digər uşağa qarşı cinsi təcavüzə görə məhkum edilib.
Lalə Novruz, BakuPost