Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:34 / 18 İyul 2024

Uşağı bağçaya "şirinlik"lə yazdırmaq istəyənlərə XƏBƏRDARLIQ

2199
"Valideynlər bəzən deyirlər ki, qeyri-qanuni olanda o dəqiqə bağçalara qəbul sistemində boş yer olur. Bildirmək istəyirəm ki, əgər siz uşağınızı qeyri-qanuni yolla bağçaya yazdırırsınızsa, onun adı sistemdə qeyd edilmir".

Bakupost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili Şöbəsinin müdiri İlahə Rəsulova deyib.

İ.Rəsulova bildirib ki, mütəmadi monitorinqlər aparılır və bu cür hallara yol verən müəssisə rəhbərləri ilə bağlı qanuni tədbirlər görülür:

"Bununla bağlı töhmət, şiddətli töhmət, hətta işdən çıxarılma halları belə olur. Praktikada bu səbəbdən işdən çıxarılan müdirlər də var".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar