Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:00 / 26 İyul 2024

İntiharların sayı durmadan artır - Ekspertdən dəhşətli səbəblər

2176
“20-30 il əvvələdək Azərbaycanda intihar hadisələri çox nadir hallarda baş verirdi. Dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhran, sosial problemlər kimi faktorlar bu prosesdə əsas rol oynayır. Ölkədə mənəvi deqradasiyanın, psixoloji təzyiqin güclənməsində özəl televiziyaların çox böyük və əvəzedilməz rolu var. Adamlar televiziyada daha çox qan-qırğın, terror, qətl, intihar hadisələri ilə rastlaşırlar. Bu hallar adiləşir və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür”.




Bunu Bakupost.az -a açıqlamasında sosioloq Elçin Bayramlı ölkədə günlərdir baş verən intihar hadisələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, mənəvi dəyərlərin açınması, tərbiyə və əxlaq problemi, ünsiyyət ənənəsinin itməsi, hansısa ağır xəstəlikdən əzab çəkmə, təklənmək, şəxsiyyətin sındırılması, başqaları tərəfindən başa düşülməmək, cəmiyyətdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, sevdiyi şəxsin xəyanəti, narkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir.




E.Bayramlı faciənin ən dəhşətlisinin azyaşlıların intiharı olduğunu bildirib:

“Valideynlərin çoxu uşaqlarının tərbiyəsini buraxıb televiziyanın, internetin öhdəsinə. Hər uşağın əlinə yekə bir smartfon alıb verib canlarını qurtarıblar. Onların yerinə uşaqlarını kimlər tərbiyə edir, kimlər yönəldir, bu, onlar üçün maraqlı deyil. Elm sübut edib ki, televiziya və internet materialları insan psixikasına hər şeydən güclü təsir edir. Bu vasitə ilə onu istədiyi istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan videomateriallar, xüsusi frekansda və yüksək tonlarda mahnılar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir”.




O, sosial problemlərin də bu hadisələrə səbəb olduğunu bildirib:

“İşsizlik, evsizlik, ağır xəstəlikdən əziyyət çəkib müalicə oluna bilməmək kimi sosial problemlər də güclü stress yaradır və bəziləri bunlara dözə bilməyib intihara əl atır. Bu səbəbdən sosial ədalətin bərqərar, insanların normal həyatının təmin edilməsi intiharların azalmasına səbəb ola bilər. Ona görə də mənəvi-psixoloji cəhətdən sağlam cəmiyyət formalaşdırmaq vacibdir”.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar