“USAİD-in fəliyyətinin müvəqqəti olaraq dayandırılması, Samanta Pauer kimi adamların təşkilatın rəhbərliyindən uzaqlaşdırılması Amerikanın dövlət mənafeyi çərçivələrində atılmış addım kimi diqqəti cəlb edir. Eyni zamanda bu, ABŞ-ninmüxtəlif ölkələrlə münasibətində bu təşkilatın oynadığı ziyanlı rolu müəyyən qədər sığortalamaq və dayandırmaq gedişi kimi qəbul oluna bilər”.
Bunu
Bakupost.az -a siyasi şərhçi Aydın Quliyev bildirib.
O qeyd edib ki, USAİD-in fəaliyyəti bərpa olunduqdan sonra onun yeni dövrdə fəaliyyətinin necə olacağı düşündürücüdür:
“Təşkilatın fəaliyyətinin növbəti mərhələdə bərpa olunması xeyli dərəcədə keçmiş neqativ fəaliyyətdən nə qədər nəticə çıxarıb-çıxarmayacağından və ABŞ-nin apardığı siyasətdən asılı olacaq. Amma USAİD-in gördüyü işlərin neqativ fəaliyyət kimi qiymətləndirilməsi doğrudur. Bu, təşkilatın təkmilləşməsinə, ABŞ-nin müxtəlif dünya ölkələrində nüfuzunun zədələnməməsinə xidmət edir. Bununla yanaşı, USAİD-in fəaliyyət göstərəcəyi ölkələrin mənafeyinə sayğılı yanaşması təşviq edilməlidir".
Sevinc,
BakuPost