Ru
10:59 / 06 Fevral 2025

USAID-in Azərbaycanda fəaliyyəti dayandırılır - ABŞ-yə bildiriş göndərildi

USAID-in Azərbaycanda fəaliyyəti dayandırılır - ABŞ-yə bildiriş göndərildi
742

USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.

Bakupost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında demişdi ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur:

“USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".

Xatırladaq ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlmiş qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub. Bundan başqa, USAID-in fəaliyyətini tənqid edən prezident Donald Trampın onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığı, bunu yaxın günlərdə elan edəcəyi bildirilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar