Ru
11:47 / 18 Fevral 2025

"USAİD-in bağlanması ilə bağlı qərar yetərli deyil" - AÇIQLAMA

"USAİD-in bağlanması ilə bağlı qərar yetərli deyil" - AÇIQLAMA
Eye

“USİAD-in əslində cinayətkar bir təşkilat olduğu çoxdan məlumdur. Azərbaycan dəfələrlə bu təşkilatın əsl missiyasının heç də “humanitar yardım” və “xeyriyyəçilik” olmadığını sübut edən faktlar ortaya qoyub. Amma ABŞ uzun illər ərzində bu həqiqətləri yaxın buraxmayaraq, ən yüksək səviyyədə USİAD-i müdafiə edib”.

Bunu Bakupost.az -a politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabe olan USİAD həmişə “demokratiyanın inkişafı” adı altında Amerikanın maraqlarını irəli sürən bir alət olub:



"Əl-Qaida" təşkilatı üçün yemək alınması, Peruda transgender komiksləri, COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasının maliyyələşdirilməsi, Əfqanıstanda tiryək istehsalçılarına vəsait ayrılması hələ USAİD-in maliyyələşdirdiyi layihələrin yalnız cüzi bir hissəsidir. Bütün bunlar onunn sözün əsl mənasında cinayətkar bir qurum olduğunu sübut edir. Hazırki vəziyyətdə ABŞ-ın üzərinə düşən vəzifə USAİD ilə bağlı konkret addımların atılmasıdır. Təkcə agentliyin bağlanması ilə bağlı qərar vermək yetərli deyil”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar